Nitq janrı

müvafiq məzmunun verilməsində diskursiv praktikalardan istifadə ssenarisidir və konkret kommunikativ məqsədlə əlaqədardır. Nitq janrları üslubiyyat çərçivəsində funksional üslublar formalaşdırır.
Nitq işarəsinin mikroseqmentləşməsi
Nitq kommunikasiyası
OBASTAN VİKİ
Nitq
Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə. Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir. Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir. Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır.
Batal janrı
Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin , qəhrəmanların , sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. XV–XIX əsrlərdə Qərbi Avropada batal janrının ən yaxşı nümunələri (Uççello, Velaskes, Rubens, Qoyya, Delakrua və başqalarının tabloları) yaradılmışdır. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər. Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s.
Detektiv janrı
Detektiv — xəfiyyə.
Faciə janrı
Musiqi janrı
Musiqi janrları — musiqi janrlarının növlərini xarakterizə edən çoxmənalı anlayış. Musiqi bəzən aid olduğu dövrə görə kateqoriyalandırıla bilər. Məsələn; XVII əsr musiqisi, 1950-ci illərin "Rok və roll" musiqisi və s. Musiqini coğrafiyasına görə kateqoriyalandırmaq mümkündür. Məsələn; ABŞ musiqisi; ABŞ rok musiqisi, ABŞ ənənəvi musiqisi, ABŞ klassik musiqisi və s. Musiqi texniki cəhətdən, istifadə edilən çalğılara görə kateqoriyalandırıla bilər. Musiqi tərzləri ictimai tərzlərinə görə təyin oluna bilər. Məsələn; Milad musiqisi və s.
Məişət janrı
Məişət janrı - gündəlik şəxsi və ictimai həyata həsr olunmuş incəsənət janrı. Bu janr Avropa antik dövründə yaranmışdır. Amma Qədim Yunanıstandan əvvəl Afrikada və qədim Misirdə gündəlik həyat səhnələrin rəsmini çəkirdilər.
Videooyun janrı
Videooyun janrı - təyin olaz zaman təsnif etmədə videooyunlarının oynanış tərzləri əsas alınır.Lakin bu təsnif etmə hər vaxt tutarlı və ya sistematik bir yol izləməmişdir. Bunun səbəbi meyarların, ayrı-seçkiliyi etmiş adam ya da təşkilata görə fərqlilik göstərməsidir. Oyun növləri istifadəçilərin fərqli gözləmələrini qarşılamaq üzrə törədilmişdir. Oyun növlərinin təyin olunması zamanla daha da diqqətə çarpanlaşmış və müəyyən başlıqlar altında qruplaşdırıldırıla bilmişdir. Təbii oyun növlərinin qruplaşdırıldırılmasında araşdırmaçılar arasında qəti bir görüş birliyi yoxdur. Bu mövzuda təsnif etmə çox az edilmişdir. Videooyunlarının janrlarının müxtəlif növləri vardır.
Ədəbiyyat janrı
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Gizli nitq
Gizli nitq və ya Xruşşovun məruzəsi — Sovet İttifaqı Kommunist partiyası XX konqresində baş katib Nikita Xruşşov tərəfindən 25 fevral 1956-cı ildə oxunan nitqdir. Nitqi zamanı Xruşşov, 1953-cü ilə qədər iqtidarda olan Sovet lideri İosif Stalin tərəfindən edilən yanlış hərəkətləri, orduda və partiyada reallaşdırılan repressiyaları, şəxsiyyətə pərəstişin yaradılmasını tənqid etdi. Xruşşov nitqində Stalini güclü şəkildə tənqid edərkən, Vladimir Leninə və Kommunist partiyasına sahib çıxacağını bildirirdi. == Ümumi baxış == Gizli nitq Xruşşov dövründə müşahidə olunan ümumi yumşalmanın bir parçasıdır. Eyni zamanda Sovet rəhbərliyi arasında davam etməkdə olan iqtidar mübarizəsinin nişanəsi idi. Xruşşov Stalinin iqtidarı zamanı hakimiyyətdə olan Sovet liderlərinin şəxsiyyətini mübahisə mənbəyi etməkdə idi. Bundakı məqdəsi 1953-cü ildə, Stalinin ölümündən sonra rəhbərliyə keçən Lavrenti Beriyanın kənarlaşdırılmasını və sonrasında edam edilməsini təşkil edən şəxs kimi ictimaiyyətin dəstəyini qazanmaq istəyir, həm də o dövrün güclü şəxsləri olan Vyaçeslav Molotov və Georgi Malenkov kimi liderlərə qarşı vəziyyətini gücləndirməyə çalışırdı. == Gizlilik == Xruşşovun etdiyi nitqə Gizli nitq deyilməsinin səbəbi nitqin gizli iclasda oxunmuş olmasıdır. Nitqin əsas mətni 3 mart 1989-cu ildə İzvestiya qəzetində nəşr edilmişdir. == Arxa plan == Nitqin mətni bu vəzifə üçün 31 yanvar 1955-ci ildə Mərkəzi Komitənin qərarı ilə xüsusi olaraq yaradılmış olan partiya komisisyası tərəfindən yazılmışdı.
Nitq aparatı
Nitq aparatı bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir. Mərkəzi nitq aparatı baş beyində yerləşir. Mərkəzi nitq aparatı ibarətdir: Baş beyin qabığı (daha çox sol yarımkürə) Qabıqaltı düyünlər Otürücü yollar Beyin kökünün (uzunsov beynin) nüvəsi Tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlər Nitq reflekslər əsasında inkişaf edir. Beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırışlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iştirak edir. (Brok mərkəzi). Yuxarı gicgah qırışları nitq-eşitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə işirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı nitqin başa düşülməsini təmin edir.
Nitq artıqlığı
Nitq hissələri
Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf. Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur.
Nitq hissəsi
Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf. Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur.
Nitq mədəniyyəti
Nitq mədəniyyəti — nitqin müxtəlif şəraitində məzmun və məqsədəuyğun olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə etmək bacarığı, dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsidir. Mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar. == Nitqin aydınlığı == Aydınlıq, dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər.
Cizgi (film janrı)
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Detektiv (film janrı)
Detektiv — xəfiyyə.
Dram (film janrı)
Dram filmi — realistik xarakterlərin emosional obrazlarla ifadə olunması. Bütün digər janrlarda dramatik obrazlar və məqamlar tapmaq olar. Lakin dramatik filmlərin əsas məğzini dramatik hadisələr təşkil edir. Bu hadisələr çox zaman müəyyn insanların və ya ailənin ətrafında konfliktlərlə birlikdə cərəyan edir.
Komediya (film janrı)
Komediya filmi — film janrlarından biridir. Bu janrın əsas məzmunu yumordur. Adətən, belə flimlər xoşbəxt sonluqla bitir. == Xüsusiyyəti == Komediyanın fərqləndirici cəhəti tamaşaçılarda gülüş doğuran xarakterin və situasiyaların təsvir edilməsidir. Komediya təsvir olunan materiala müəllifin münasibətinə görə satirik, lirik komediyalar, kinoparodiya və şərtlilik dərəcəsinə görə isə ekssentrik, kinovodevil və digər xeyli janr müxtəlifiyinə malikdir. Komediya yarandığı ilk illərdə başqa sənət növlərinin təcrübəsindən geniş istifadə etmişdir. 1895-ci ildə kinematoqrafın ixtiraçısı Lui Lümyerin çəkdiyi "İsladılmış suvarıcı" adlı ilk kinokomediya illüstrasiyalı jurnallardan birində dərc olunmuş, süjetli yumoristik rəsmlər olan komikslər əsasında yaradılmışdı.
Qoşma (ədəbiyyat janrı)
Qoşma janrı — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn: Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir. Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Tarixi (film janrı)
Tarixi film — tarixi faktları özündə əks etdirən film janrı. Bu filmlər tarixi faktlara və sənədlərə əsaslanaraq çəkilir. Bu filmlərdə real insanların həyatı göstərildiyi kimi (tarixi-bioqrafik), uydurma obrazlar da (tarixi-macəra) göstərilə bilər.
Triller (film janrı)
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Vestern (film janrı)
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir. Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur. Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir.
Video oyun janrı
Videooyun janrı - təyin olaz zaman təsnif etmədə videooyunlarının oynanış tərzləri əsas alınır.Lakin bu təsnif etmə hər vaxt tutarlı və ya sistematik bir yol izləməmişdir. Bunun səbəbi meyarların, ayrı-seçkiliyi etmiş adam ya da təşkilata görə fərqlilik göstərməsidir. Oyun növləri istifadəçilərin fərqli gözləmələrini qarşılamaq üzrə törədilmişdir. Oyun növlərinin təyin olunması zamanla daha da diqqətə çarpanlaşmış və müəyyən başlıqlar altında qruplaşdırıldırıla bilmişdir. Təbii oyun növlərinin qruplaşdırıldırılmasında araşdırmaçılar arasında qəti bir görüş birliyi yoxdur. Bu mövzuda təsnif etmə çox az edilmişdir. Videooyunlarının janrlarının müxtəlif növləri vardır.
İdman (film janrı)
İdman filmi — Film janrlarından biridir. Əsas süjet xətti idmanın bir növü ilə əlaqəli olan filmlərdir.
Şanti (mahnı janrı)
Şanti (ing. sea shanty, həmçinin chantey; fr. chanter sözündən – hərf. oxumaq) — İngiltərə musiqisinin alt janrı, ingilis dənizçilərinin oxuduğu mahnılar. Onlar XX əsrə qədər geniş miqyasda yayılmışdı. Şantilər indiki dövrdə kolleksiyaçılar və xalq musiqisi həvəskarları tərəfindən qorunur. Şantilər indiki dövrdə folk qrupları tərəfindən müntəzəm olaraq oxunur. İrlandiyanın "The Dubliners", Kanadanın "The Irish Rovers" və Fransanın "Marée de paradis" qrupları bunlara nümunədir. Drunken Sailor Песни моря. Джон Мэйзфилд. 1906 (пер.